“Kəpəz”in futbolçusu: “Özümü futbolda əjdaha hesab etdiyimi desəm...”

Müsahibə
5 Yanvar 2024 09:37
448
“Kəpəz”in futbolçusu: “Özümü futbolda əjdaha hesab etdiyimi desəm...”

"Düşünürəm ki, il mənə və komandamıza düşərli olacaq".

Bunu İdman.bizə "Kəpəz"in futbolçusu Şakir Seyidov deyib.

Əjdaha ilində anadan olan oyunçu 2024-cü ilin ona düşərli olacağına ümid edir. O, əjdahanın bir zamanlar var olduğuna inandığını da bildirib: "2012-ci il də əjdaha ili idi və mənim üçün çox düşərli alınmışdı. O zamanlar yaşım az olsa da, turda və çempionatda ən yaxşı oyunçu kimi təltif olundum. Özümü futbolda əjdaha hesab etdiyimi desəm, doğru olmaz. Bunu kənardan baxanlar deyə bilər".

Seydiov komandasının bu il daha yaxşı oyunlar keçirəcəyini deyib: "Bu il "Kəpəz" üçün uğurlu olar. Fikrimcə, 2024-cü ilə möhür vuracam. Yeni ildə komandamın daha güclü olacağına inanıram. İstədiyimiz yerdə deyilik, əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Ümid edirəm ki, qarşıda keçirəcəyimiz oyunlarda çoxlu xallar toplayaraq, bunu etməyi bacaracağıq".

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: