“Neftçi”nin legioneri yeni ili İspaniyada qarşılayacaq

Xəbərlər
30 Dekabr 2023 09:41
164
“Neftçi”nin legioneri yeni ili İspaniyada qarşılayacaq

“Mənim üçün təəccüblü bir il oldu. Şəxsi və peşəkar səviyyədə böyük məmnunluq aldım və təkmilləşdim”.

Bunu İdman.biz saytına “Neftçi”nin argentinalı futbolçusu Lukas Melano deyib.

Hücumçu yeni ili ölkəsindən kənarda keçirəcək: “Bayramı yaxın dostum və ailəsi ilə birlikdə keçirəcəm. İli birlikdə qeyd etmək bizim üçün artıq ənənə halını alıb. Bu dəfə yeni ili İspaniyada qarşılayacağıq”.

30 yaşlı futbolçu ötən ilin ən yaddaqalan anı və 2024-cü ildən gözləntilərini də açıqlayıb: “Azərbaycandan mənə təklif gəldi. Dərhal yaxınlarımla vidalaşmağa başladım. Birlikdə əyləncəli vaxt keçirdik. Arzu edirəm ki, bu 2024-cü il həm şəxsi, həm peşəkar, həm də bütün “Neftçi” ailəsi üçün uğurlarla dolu olsun”.

Qeyd edək ki, bu ilin sentyabrında “Neftçi”yə transfer olunan Melano Azərbaycan çempionatında 10 oyuna çıxıb.

Emin Ağa
İdman.biz

Məqalədə: