Saşa İliç: “Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu”

3 Mart 2026 21:39
98
Saşa İliç: “Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu”

“Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə” ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.

Oyun 2:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb və qəsəbə təmsilçisi iki oyunun nəticəsinə əsasən yarımfinala vəsiqə qazanıb.

“İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu.

Fürsətlərimiz çox olmadı. “Zirə”nin də qol epizodu çox deyildi. İlk fürətdəcə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. “Zirə” keyfiyyətli komandadır”, - İliç bildirib.

İdman.Biz