“Sabah” yüksək dəstədə 20-ci böyükhesablı qələbəsini qazanıb - VİDEO

Xəbərlər
26 Yanvar 2026 12:42
86
“Sabah” yüksək dəstədə 20-ci böyükhesablı qələbəsini qazanıb - VİDEO

“Sabah” Misli Premyer Liqasının 17-ci turunda 20-ci böyükhesablı qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçimiz ötənh gün “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib. Bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub.

Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah” ilk belə qələbəsini 2019-cu ildə qazanıb. Komanda “Səbail”lə ev oyununda üç cavabsız qola sevinib.

İdman.Biz