Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Hər iki görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Matçların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, U-20-nin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.
