“Turan Tovuz” yoxlama oyununda Polşa klubuna uduzub - YENİLƏNİB

17 Yanvar 2026 19:44
259
“Turan Tovuz” yoxlama oyununda Polşa klubuna uduzub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” yoxlama oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi Polşa klubu “Poqon”la üz-üzə gəlib

Matç rəqibin 3:2 hesablı qələbəsi ilə bitib.

“Turan Tovuz”un qollarını Ayxan Hüseynov (26) və İbrahima Vaci (34) vurublar.

Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.

14:47

Bu gün Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, qərb təmsilçisi Polşa təmsilçisi “Poqon”la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.

İdman.Biz