Azər Bağırovdan iddialı xəbərdarlıq: İki həftəlik fasilə “Kəpəz”i daha da gücləndirdi - VİDEO

5 Aprel 2026 11:56
412
Azər Bağırovdan iddialı xəbərdarlıq: İki həftəlik fasilə “Kəpəz”i daha da gücləndirdi - VİDEO

Misli Premyer Liqasında yaranan iki həftəlik fasilə “Kəpəz” komandasının tam xeyrinə olacaq. Bunu Gəncə klubunun baş məşqçisi Azər Bağırov deyib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının hazırlığını və bu gün 26-cı tur çərçivəsində “Qəbələ” ilə baş tutacaq qarşılaşmanı dəyərləndirib. Bağırov milli fasilə dövründə futbolçuların fiziki, taktiki və psixoloji hazırlığı üzərində planlı şəkildə işlədiklərini vurğulayıb.

“Şükürlər olsun ki, bu iki həftəni zədəsiz və istədiyimiz səviyyədə başa vurmuşuq. Zaman göstərəcək ki, komanda “Qəbələ” ilə oyuna necə hazırlaşıb. Yekunda əsas olan nəticədir və ümid edirəm ki, bu, “Kəpəz”in xeyrinə olacaq. Komandada yüksək əhval-ruhiyyə var. Özümüzə çox inanırıq”, - deyə baş məşqçi əlavə edib.

26-cı turun “Kəpəz” və “Qəbələ” arasındakı görüşü bu gün saat 15:30-da start götürəcək.

İdman.Biz