“Qarabağ”ın U-12 komandası Antalyada turnirə qatılıb - FOTO

4 Aprel 2026 21:04
240
“Qarabağ”ın U-12 komandası Antalyada turnirə qatılıb

“Qarabağ”ın U-12 komandası “Antalya Friendship Cup 2026” turnirinə qatılıb.

İdman.Biz xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

“Gənclər və idman naziri Fərid Qayıbovla birlikdə “Antalya Friendship Cup 20262 turnirinə qatılan “Qarabağ”ın U-12 komandasını ziyarət etdik”, - o yazıb.

Səfir və nazir oyunçulara gələcək matçlarda uğurlar arzulayıblar.

İdman.Biz