“Neftçi”ni oyuna Adrian Mutu çıxarmayacaq

Xəbərlər
21 Dekabr 2023 14:57
1 361
“Neftçi”ni oyuna Adrian Mutu çıxarmayacaq

“Neftçi” futbol klubunun baş məşqçisi Adrian Mutu Azərbaycan Kubokunun 1/8 final çərçivəsində keçiriləcək “Neftçi” - “Qaradağ Lökbatan” matçında iştirak edə bilməyəcək.

İdman.biz xəbər verir ki, buna səbəb baş məşqçinin anası Rodika Mutunun vəfat etməsi və onun Rumıniyaya yollanmasıdır.

“Neftçi Arena”da baş tutacaq qarşılaşmada komandanı görüşə baş məşqçinin köməkçiləri çıxaracaq.

Qeyd edək ki, “Neftçi” - “Qaradağ Lökbatan” matçına saat 18:00-da start veriləcək

İdman.biz