Asiya Çempionlar Liqasının D qrupunda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Hindistanın “Qoa” komandaları qarşılaşıblar.
İdman.Biz bildirir ki, Səudiyyə Ərəbistanı klubu 4-0 hesabı ilə qalib gəlib.
Hücumçu Əbdürrəhman Qərib 35-ci dəqiqədə matçın ilk qolunu vurub. Qərib ikinci hissənin 53-cü dəqiqəsində ikinci qolunu vurub. Səudiyyə Ərəbistanı klubunun hücumçusu Məhəmməd Maran 65-ci dəqiqədə üçüncü qola imza atıb. Joao Feliks 84-cü dəqiqədə son qolu vuraraq hesabı 4-0 edib.
Dörd oyundan sonra Kriştiano Ronaldonun komandasının 12 xalı var və Asiya Çempionlar Liqasının D qrupunda liderlik edir. Hindistanın “Qoa” komandasının xalı yoxdur və dördüncü yerdədir.
