“Qarabağ” və “Neftçi” tarixi nailiyyətə görə mükafatlandırıldı - FOTO

17 Oktyabr 2026 22:25
112
“Qarabağ” və “Neftçi” tarixi nailiyyətə görə mükafatlandırıldı

Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirən “Qarabağ” və “Neftçi” klubları Peşəkar Futbol Liqası (PFL) tərəfindən mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, xüsusi xatirə hədiyyələri Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Qarabağ” - “Neftçi” qarşılaşmasından əvvəl təqdim olunub.

Mükafatları PFL-in texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

“Qarabağ”a ayrılan hədiyyə klubun 1000 oyununun hamısında əvvəl futbolçu, daha sonra isə klub rəsmisi kimi iştirak etmiş, hazırda lisenziyalaşdırma üzrə menecer vəzifəsində çalışan Şahid Həsənova verilib.

“Neftçi”nin mükafatını isə uzun illər paytaxt təmsilçisinin formasını geyinmiş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi fəaliyyət göstərən İqor Getman qəbul edib.

İdman.Biz