“Qarabağ”ın macar müdafiəçisi Bense Varkonyi Misli Premyer Liqasının səkkizinci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçəni şərh edib.
İdman.Biz xəbər verir ki, futbolçu oyunda üç qol buraxmalarına baxmayaraq, komandasının çempionatda ən yaxşı oyunlarından birini keçirdiyini bildirib:
“Yekunda istədiyimizə nail ola bildik. Amma oyuna bütövlükdə baxsaq, üç asan qol buraxdıq. Buna görə də bir xalla kifayətlənməyimizə sevinməliyik. Bununla belə, hesab edirəm ki, çempionatda ən yaxşı oyunlarımızdan birini keçirdik. Eyni zamanda, belə qollar buraxmamaq üçün səhvlərimiz üzərində işləməliyik. Amma bir daha deyirəm, nəticədən razı qalmalıyıq”.
Varkonyi növbəti turda “Sabah”la keçiriləcək qarşılaşmadan da danışıb:
“Neftçi”dən sonra “Sabah”la oynayacağıq. Onlar Çempionlar Liqasında da iştirak edirlər, iki cəbhədə mübarizə aparırlar. Görək, qalib gələ biləcəyikmi. Səfərdə oynayacağıq”.
