Avqustun 13-də dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə İdman-Tennis Kompleksində baş tutan yarışda doqquz dövlət qurumundan 23 nəfər iştirak edib. Onlardan 13-ü kişi, 10-u qadın olub.
Kişilərin mübarizəsində Dövlət Gömrük Komitəsini təmsil edən Əlişer Mirzəyev birinci yeri tutub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Ramil Cabbarov ikinci, Fövqəladə Hallar Nazirliyini təmsil edən Özcan Kərimov isə üçüncü olub.
Qadınlar arasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini təmsil edən Aytən Abdullayeva birinci olub. İlahə Hacıyeva (SOCAR) ikinci, Xədicə Əliyeva (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) üçüncü pillədə qərarlaşıblar.
