“Mançester Yunayted” “Brügge”nin müdafiəçisini hədəfə alıb

24 Sentyabr 2026 19:46
103
“Mançester Yunayted” “Brügge”nin müdafiəçisini hədəfə alıb

“Mançester Yunayted” “Brügge”nin sol müdafiəçisi Yoakin Seysi izləməyə davam edir.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Mançester Yunayted”in Lyuk Şounu əvəz edə biləcək namizədlər siyahısında önəmli yer tutur. Əvvəllər mankunianlılar Lyuis Holl və Nataniel Braunu əsas hədəflər kimi nəzərdən keçiriblər.

Cari mövsümdə Seys bütün turnirlərdə 9 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Brügge” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur (40 milyon manat).

İdman.Biz