Oxatma üzrə Bakı şəhər çempionatında U-15 kateqoriyasının qalibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, gənc oxatanlar 40 metr məsafədə hədəfi dəqiq vurmaq uğrunda gərgin mübarizə aparıblar.
Oğlanlar arasında Məhəmməd İsmayılov birinci, Əli Məmmədov ikinci, Əhməd İsmayılov isə üçüncü yeri tutub.
Qızların yarışında Banu Məmmədova qızıl, Sona Rüstəmli gümüş, Məryəm İbrahimli isə bürünc medal qazanıb.
