Belarus Respublikasının Mogilyov şəhərində keçirilən ölkə çempionatında uğurla çıxış edən Azərbaycanın kamandan oxatma üzrə milli komandasının üzvləri mükafatlandırılıblar.
İdman.Biz xəbər verir ki, yarışın yekunlarına əsasən, 70 metr məsafədə qadınların fərdi yarışında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşan Fatimə Hüseynliyə qızıl medal təqdim olunub. Eyni növdə yüksək nəticə göstərən Yaylagül Ramazanova isə gümüş medalla təltif edilib.
Qarışıq komanda yarışında üçüncü yeri tutan Fatimə Hüseynli və belaruslu idmançı Kiril Firsova da bürünc medallar təqdim olunub.
Mükafatlandırma mərasimində təşkilatçılar azərbaycanlı idmançıların nümayiş etdirdikləri yüksək ustalığı xüsusi vurğulayıblar.
11:08
Azərbaycanın kamandan oxatma üzrə millisinin üzvləri Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 8-də start götürən və 120 idmançının mübarizə apardığı turnirdə Azərbaycan yığması baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimir Lekveişvilinin rəhbərliyi altında təmsil olunub.
70 metr məsafəyə qadınlar arasında fərdi turnirdə F.Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və qızıl medala sahib olub. Eyni kateqoriyada Yaylagül Ramazanova gümüş medal qazanıb.
F.Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə birgə mübarizə apararaq bürünc medalı da aktivinə yazdırıb. Həlledici qarşılaşmalardan sonra bu gün qaliblər mükafatlandırılacaq.
Azərbaycan təmsilçiləri yarışdan əvvəl, avqustun 29-dan sentyabrın 7-dək Mogilyovda keçirilən beynəlxalq təlim-məşq toplanışında da iştirak edib.
