Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar eyni kubok uğrunda yarışacaqlar.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə oktyabrın 18-də Binə Atçılıq Mərkəzində böyüklər arasında Super Kubok keçiriləcək.
Açıq havada, 70 metr məsafədə təşkil olunacaq yarışda ölkənin ən yüksək reytinqli səkkiz oxatanı iştirak edəcək.
Kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva qələbə uğrunda mübarizə aparacaqlar.
Super Kubokun keçirilməsində məqsəd kamandan oxatmanın kütləviliyini artırmaq və idmançıların ustalıq səviyyəsini yüksəltməkdir.
