Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.
Bildirilib ki, tədbir Hövsan Olimpiya İdman Kompleksində baş tutub.
Mərasimdə çıxış edən federasiyanın baş katibi Fərid Xəlilov iştirakçıları salamlayaraq bütün idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, yarış U-15 və böyüklər arasında təşkil olunur.
