Kamandan oxatanlar ölkə birinciliyində hədəf qarşısına çıxır

22 May 2026 16:40
116
Kamandan oxatanlar ölkə birinciliyində hədəf qarşısına çıxır

Kamandan oxatma üzrə Azərbaycan ölkə birinciliyinə start veriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarış 31 may - 2 iyun tarixlərini əhatə edəcək.

Ölkə birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq. Yarışda U-15, U-18 və U-21 yaş kateqoriyaları üzrə 49 idmançı mübarizə aparacaq.

Proqrama əsasən, 31 mayda idmançıların sınaq atışları və məşqləri keçiriləcək. 1 iyunda əsas yarış mərhələsi baş tutacaq. 2 iyunda isə final görüşləri ilə qaliblər müəyyənləşəcək.

İştirakçılar 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq nişan almaq üçün qüvvələrini sınayacaqlar.

Yarışı izləmək istəyənlər üçün giriş sərbəst olacaq.

İdman.Biz