Türkiyənin Antalya şəhərində keçirilən kamandan oxatma üzrə Avropa Çempionatında Klassik yay növündə mübarizə aparan Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət qadın yığmamız uğurlu çıxış edib.
İdman.Biz bildirir ki, komanda yarışlarında keçirilən qarşılaşmada Çexiya seçməsini 6:2 hesabı ilə məğlub edən idmançılarımız növbəti mərhələyə vəsiqə qazanıblar.
Yığmamız sabah 1/8 final mərhələsi çərçivəsində İtaliya komandası ilə mübarizəni davam etdirəcək.
