Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə Avropa Çempionatı davam edir.
İdman.Biz bildirir ki, idmançımız Məhəmmədəli Əliyev fərdi qarşılaşmada niderlandlı rəqibi Smeets Yael üzərində 6:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Təmsilçimiz növbəti mübarizəsinə 22 may tarixində çıxacaq. Bu mərhələdə onun rəqibi Belçika idmançısı De Smedt Jarno olacaq.
