Dünya çempionatı: Ruslan və Tural bürünc uğrunda güləşəcək

Xəbərlər
3 Sentyabr 2024 19:27
960
Dünya çempionatı: Ruslan və Tural  bürünc uğrunda güləşəcək

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri medal uğrunda daha 5 çəkidə xalçaya çıxıblar.

Dörd güləşçimiz təsnifat, biri isə 1/8 finalda mübarizəyə qoşulub.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq

Tural Əhmədov ispaniyalı David Sançesə 4:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlsə də, bu mərhələdə iranlı Mohammadmehdi Qulampura məğlub olub – 1:5. Rəqibin finala yüksəlməsi Turala bürünc şansı verib. Əhmədov sabah təsəlliverici görüşdə polşalı Dominik Partikaya qalib qarşılaşacaq.

67 kq
Təsnifat mərhələsi

Təvəkkül Həziyev ilk rəqibi Bayaman Karimovu (Qırğızıstan) 10:0 hesabı ilə məğlub edib. O, növbəti mübarizədə yaponiyalı Kajiro Haseqava 3:7 hesabı ilə uduzub.

72 kq
Təsnifat mərhələsi

Ruslan Nurullayev ilk görüşdə moldovalı Vasile Zabikanı 9:1 hesabı ilə məğlub edib. O, növbəti mərhələlərdə hindistanlı Aakaş Punianı (5:3), xorvatiyalı Luka İvançiçi (8:0) mübarizədən kənarlaşdırıb. Ruslan yarımfinalda ermənistanlı Aşot Xaçataryanla güləşib və 1:4 hesabı ilə uduzub. Nurullayev bürünc uğrunda güləşəcək.

82 kq
1/8 final

İsmayıl Rzayev 1/8 Mohammad Yadollaha (İran) 13:4 hesabı ilə qalib gəlib. Təmsilçimiz 1/4 finalda Abdurahman Abdulakdırova (AİN) 0:11 hesabı ilə məğlub olub.

97 kq
Təsnifat mərhələsi
Mikayıl İsmayılov dünya çempionatının ilk görüşündə meksikalı Dorian Emmanueli 5:2 hesabı ilə məğlub edib. O, 1/8 finalda iranlı Hamidreza Morteza Keştkarla 0:7 hesablı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: