Murad Məmmədov Avropa çempionatında medal kolleksiyasını tamamlayıb

Xəbərlər
13 Fevral 2024 22:26
122
Murad Məmmədov Avropa çempionatında medal kolleksiyasını tamamlayıb

Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Məmmədov Avropa çempionatında medal kolleksiyasını tamamlayıb.

İdman.biz xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində nail olub.

29 yaşlı Məmmədov 2018-ci ildə Rusiyada gümüş, 4 il sonra Macarıstanda bürünc medala sahib olmuşdusa, bu dəfə kolleksiyasına qızıl da əlavə edib. Nəticə o, Avropa çempionatının hər 3 mükafatına yiyələnib.

Qeyd edək ki, 2024-cü ildə ilk Avropa çempionumuz əvvəlki yarışlarda 60 kq çəkidə fəxri kürsüyə qalxıb.

İdman.biz