Bu gün Avropa Oyunları Parkında (EGP Arena) çimərlik güləşi üzrə U17 Azərbaycan çempionatı keçirilib.
İdman.Biz bildirir ki, yarışda rekord sayda – 131 güləşçi 4 çəkidə çıxış edib.
Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
60 kq
Ömər Zeynalov (Arena)
Əlirza Heybətli (Abşeron)
İlyas Ağazadə (Neftçi)
70 kq
Rəşad Əliyev (UGİM-1)
Omar Dəmirqayayev (Xaçmaz)
Elcan Talıbzadə (İmişli)
80 kq
Ruslan Vəliyev (Neftçi)
Ömər Əliyev (Neftçi)
Yaşar Məmmədov (MOİK)
90 kq
Elvin Hacıquliyev (Xaçmaz)
Elvin Necəfzadə (UGİM-1)
Rail Xalıqov (UGİM-1)
Sabah eyni məkanda çimərlik güləşi üzrə kişilər və U17 qızlar arasında Azərbaycan çempionatı keçiriləcək.
