Məktəblilərin Respublika İdman Olimpiadasının güləş yarışlarına yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Texniki Universitetin idman zalında təşkil edilən yarışın sonuncu - beşinci günündə yunan-Roma güləşi üzrə 41, 48, 57, 68 və 85 kq-da medalçılar müəyyənləşib:
41 kq
Hacı Hüseynzadə (Lənkəran)
Umud Ağəmmədov (UGİM-2)
Ağakişi Bağıyev (Masallı), Əli İsmayılzadə (Yevlax)
48 kq
Paşa Aslan (UGİM-2)
Əli Zülfüqarlı (Şuşa,UGİM)
Azər Teymurov (Masallı), Emin İbrahimov (Sabirabad)
57 kq
Yusif Məmmədov (Balakən)
Mövlud Mustafayev (ROİL)
Nəriman Cəfərzadə (Lənkəran), Afəddin Əmənov (Zəngilan)
68 kq
Murad Novruzzadə (UGİM-10)
Yusif Sadıqov (Sumqayıt,Təhsil)
Səid Nəzərov (Cəlilabad), İbrahim Həsənov (Lənkəran)
85 kq
İsmayıl Məmmədov (Zəngilan)
Tamerlan Məmmədov (Şəmkir)
Hüseyn Şükürov (Masallı), Eşqin Ruhani (Şuşa,UGİM)
Qeyd edək ki, yunan-Roma güləşi üzrə üç gün davam edən yarışın yekunlarına əsasən, UGİM-2 komanda hesabında 120 xalla birinci yeri tutub. Zəngilan (91) ikinci, ROİL (88) isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə keçirilən multi-idman turniri Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə baş tutur.
