Azərbaycan güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib - YENİLƏNİR

16 Avqust 2026 16:33
91
Azərbaycan güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib - YENİLƏNİR

Slovakiyanın paytaxtı Bratislavada 20 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin dörd üzvü xalça üzərinə çıxıb.

Ən uğurlu nəticəni 77 kq çəki dərəcəsində mübarizə aparan Cavidan Nəhmətov göstərib. Azərbaycan təmsilçisi 1/4 final səddini keçərək yarımfinala vəsiqə qazanıb.

Tural Əhmədov (63 kq) 1/4 finalda mübarizəni dayandırıb. Orxan Hacıyev (87 kq) və Mikayıl İsmayılov (130 kq) isə ilk görüşlərində məğlub olublar.

Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

İdman.Biz