Azərbaycan güləşçisi Emin Cavadlı dünya üçüncüsü oldu

18 Avqust 2026 21:30
95
Azərbaycan güləşçisi Emin Cavadlı dünya üçüncüsü oldu

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçisi Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb.

Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

İdman.Biz