Azərbaycanın iki cüdoçusu dünya reytinqinin ilk "üçlüy"ündə

18 Avqust 2026 00:17
77
Azərbaycanın iki cüdoçusu dünya reytinqinin ilk "üçlüy"ündə

Azərbaycanın iki cüdoçusu Beynəlxalq Cüdo Federasiyasının (IJF) yenilənmiş dünya reytinqində 60 kq çəki dərəcəsi üzrə ilk üçlükdə yer alıb.

İdman.Biz xəbər verir ki, siyahıya Azərbaycan millisinin üzvü Balabəy Ağayev başçılıq edir. Onun aktivində 4620 xal var.

Azərbaycanın digər təmsilçisi Əhməd Yusifov 3670 xalla üçüncü pillədə qərarlaşıb. İki cüdoçumuzun arasında 3880 xala malik rusiyalı Ayub Bliyev yer alıb.

Beləliklə, Azərbaycan 60 kq çəki dərəcəsində IJF-in dünya reytinqinin ilk üçlüyündə iki idmançı ilə təmsil olunur.

İdman.Biz