Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üçün reytinq cədvəli açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Siyahıya ötən ay Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.
Yarışın digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk “üçlüy”ü qapayır.
Növbəti sıralarda Zelim Kotsoyev (cüdo, 390 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Nürəddin Novruzov (sərbəst güləşi, 270 xal) yer alıblar.
Qeyd edək ki, aprel ayında reytinq cədvəli belə olub:
Həsrət Cəfərov (yunan-Roma güləşi) 480 xal
Giorgi Meşvildişvili (sərbəst güləş) 460 xal
Zelim Kotsoyev (cüdo) 440 xal
Ülvü Qənizadə (yunan-Roma güləşi) 400 xal
Elcan Hacıyev (cüdo) 370 xal
Murad Əhmədiyev (yunan-Roma güləşi) 320 xal
Zelim Tçkayev (cüdo) 320 xal
Arseniy Djioyev (sərbəst güləş) 320 xal
Osman Nurmaqomedov (sərbəst güləş) 320 xal
Eldəniz Əzizli (yunan-Roma güləşi) 320 xal
