Azərbaycan Prezidenti: “İdmançılarımızda qələbə əzmi çox güclüdür”

30 Aprel 2026 13:24
179
Azərbaycan Prezidenti: “İdmançılarımızda qələbə əzmi çox güclüdür”

“İdmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir”.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

İdman.Biz