Qazaq güləşi üzrə dünya çempionatında Azərbaycanı 16 idmançı təmsil edəcək

20 Avqust 2026 22:31
95
Qazaq güləşi üzrə dünya çempionatında Azərbaycanı 16 idmançı təmsil edəcək

Qazaq güləşi üzrə dünya çempionatı avqustun 22-23-də Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi doğma meydanda ümumilikdə 16 idmançı ilə dünya çempionluğu uğrunda mübarizə aparacaq. Yarışda həm kişilərdən, həm də qadınlardan ibarət yığmamız 8 çəki dərəcəsində təmsil olunacaq.

Qadınlardan ibarət Azərbaycan millisinin heyəti:

48 kq – Mələkxanım Məmmədova
52 kq – Aynur Əfəndiyeva
56 kq – Fidan Hüseynova
60 kq – Leyla Atayeva
65 kq – Məryəm Mehdiyeva
70 kq – Günel Həsənli
77 kq – Diana Şoranova
+77 kq – Nigar Süleymanova

Kişilərdən ibarət Azərbaycan millisinin heyəti:

55 kq – Elşən Dünyamalıyev
60 kq – Eyvaz Baxşıyev
66 kq – Mirfəttah Seyidəliyev
74 kq – Elvin Bağırov
82 kq – Abdulla Abdullayev
90 kq – Adil Adilzadə
100 kq – Şamil Tuncay
+100 kq – Məhəmməd Məmmədzadə

Azərbaycan idmançıları iki gün davam edəcək dünya çempionatında medal və çempionluq uğrunda tatamiyə çıxacaqlar.

İdman.Biz