Azərbaycan güləşçiləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında çıxışlarını 9 medalla başa vurublar.
İdman.Biz xəbər verir ki, millimizin aktivində 1 qızıl, 4 gümüş və 4 bürünc medal olub.
Yunan-Roma güləşində Azərbaycan 5 medal qazanıb. 60 kq çəki dərəcəsində Ayxan Cavadov finalda özbəkistanlı Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edərək dünya çempionu olub. Cavidan Nehmətov 77 kq-da gümüş, Emin Cavadlı 55 kq-da, Tural Əhmədov 63 kq-da, Elmin Əliyev isə 82 kq-da bürünc medal qazanıblar.
Qadın güləşində Günay Qurbanova 57 kq, Ruzanna Məmmədova isə 59 kq çəki dərəcəsində dünya çempionatının gümüş medalına sahib çıxıblar.
Sərbəst güləşçilərimiz də turnirin son günündə iki medal qazanıblar. 70 kq çəki dərəcəsində Hacı Kərimov finalda iranlı Sina Mehdi Xəliliyə 3:7 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
125 kq-da çıxış edən Yusif Dursunov isə bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Aleksandre Abramişvilini 6:0 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan U-20 dünya çempionatını ümumilikdə 9 medalla tamamlayıb.
Azərbaycanın medalçıları:
Ayxan Cavadov - 60 kq, yunan-Roma güləşi
Cavidan Nehmətov - 77 kq, yunan-Roma güləşi
Günay Qurbanova - 57 kq, qadın güləşi
Ruzanna Məmmədova - 59 kq, qadın güləşi
Hacı Kərimov - 70 kq, sərbəst güləş
Emin Cavadlı - 55 kq, yunan-Roma güləşi
Tural Əhmədov - 63 kq, yunan-Roma güləşi
Elmin Əliyev - 82 kq, yunan-Roma güləşi
Yusif Dursunov - 125 kq, sərbəst güləş
20:42
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov U-20 dünya çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda İran güləşçisi Sina Mehdi Xəlili ilə qarşılaşıb.
Həlledici görüş 7:3 hesabı ilə iranlı idmançının xeyrinə başa çatıb.
Azərbaycan yığması Bratislavadakı dünya çempionatında hazırda bir qızıl, dörd gümüş və üç bürünc olmaqla səkkiz medal qazanıb. Qızıl medalı Ayxan Cavadov, gümüş medalları Hacı Kərimov, Cavidan Nehmətov, Günay Qurbanova və Ruzanna Məmmədova, bürünc medalları isə Emin Cavadlı, Tural Əhmədov və Elmin Əliyev qazanıblar.
