Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşçimiz Elcan İsmayılzadə növbəti görüşünü keçirib.
İdman.Biz xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz 1/4 final mərhələsində yaponiyalı Keyvan Qarehdaqiyə 2:13 hesabı ilə məğlub olub.
Beləliklə, Elcan İsmayılzadə dünya çempionatında yarımfinala yüksələ bilməyib.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
15:15
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşçilərin mübarizəsi davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Elcan İsmayılzadə 79 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, slovakiyalı Yaroslav Zaremba üzərində 12:2 hesabı ilə tam üstünlüklə qələbə qazanaraq 1/4 finala yüksəlib.
61 kq çəkidə mübarizə aparan Camal Abbasov təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəri ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 5:11 hesabı ilə məğlub olub.
57 kq çəkidə çıxış edən Məhəmməd İsmayılov isə 1/8 finalda gürcüstanlı Giorgi Maisuradzeyə 0:9 hesabı ilə uduzub.
65 kq çəki dərəcəsində mübarizə aparan Bəşir Verdiyev də 1/8 finalda amerikalı Bouen Uilyam Bassetlə qarşılaşıb. Görüş güləşçimizin “tuş”la məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
14:06
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, sərbəst güləşçimiz Elcan İsmayılzadə 79 kq çəki dərəcəsində mübarizəyə uğurla başlayıb. O, kanadalı Loki Biqrasa 10:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
92 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Hüseyn Məmmədtağızadə isə təsnifat mərhələsində rumıniyalı Darius Sasla qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb və sonuncu xal prinsipinə əsasən güləşçimiz məğlub olub.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
11:44
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.
Təsəlliverici görüş
Sərbəst güləş, 61 kq - Camal Abbasov - Ahora Farhad Xateri (İran) / Marian Kret (Slovakiya).
Təsnifat mərhələsi
Sərbəst güləş, 79 kq - Elcan İsmayılzadə - Loki Jove Azarius Biqras (Kanada).
Sərbəst güləş, 92 kq - Hüseyn Məmmədtağızadə - Darius Adrian Sas (Rumıniya).
1/8 final
Sərbəst güləş, 57 kq - Muhəmməd İsmayılov - Giorgi Maysuradze (Gürcüstan) / Catalin Dumitru Kurekeri (Moldova).
Sərbəst güləş, 65 kq - Bəşir Verdiyev - Bowen William Bassett (ABŞ) / Yeraly Askerbek (Qazaxıstan).
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
