Misli Premyer Liqasının ikinci turunda günün son oyunu olan “Zirə” - “İmişli” qarşılaşması başla çatıb.
İdman.Biz xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən oyunda gülən tərəf "Zirə" olub - 3:1.
Oyunda hesabı 43-cü dəqiqədə "Zirə"nin futbolçusu Eren Aydın açıb. 80-ci dəqiqədə isə Ruan Renato hesabı 2:0 edib. Bundan iki dəqiqə sonra "İmişli" Dioqo Almeydanın qolu ilə hesab arasındakı fərqi azaldıb - 2:1. Oyunda yekunu Davit Volkovun 90+6-cı dəqiqədə vurduğu qol müəyyənləşdirib - 3:1
22:27
Dioqo Almeyda hesab arasındakı fərqi azaldır. "İmişli"nin oyunçusu 82-ci dəqiqədə komandasının birinci qolunu vurur - 2:1.
22:24
Ruan Renato 80-ci dəqiqədə "Zirə"nin ikinci qolunu vurdu - 2:0.
21:47
Misli Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən “Zirə” - “İmişli” oyununda ikinci hissə başladı.
İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra hesab 1:0 “Zirə”nin xeyrinədir. Qolu 43-cü dəqiqədə Eren Aydın vurub.
21:30
İdman.Biz xəbər verir ki, "Zirə"nin oyunçusu Eren Aydın 43-cü dəqiqədə hesabı açır və komandalar bu hesabla fasiləyə yollanırlar.
20:45
Misli Premyer Liqasının ikinci turunda günün son oyunu olan “Zirə” - “İmişli” qarşılaşması başladı.
19:39
"Zirə" Misli Premyer Liqasının ikinci turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 20:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Zirə”: 13. Aydın Bayramov 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato (k) 9. Davit Volkov 21. Rikardo Martins 20. İssa Cibrila 17. Vierinya 5. Ange Mutsinzi 7. Eren Aydın
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 32. Qismət Alıyev 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 10. Giorgi Papunaşvili 29. Kris Diqbeu
Baş məşqçi: Rəşad Sadıqov
“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 10. Dioqo Kardozu 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 88. Ayxan Abbaszadə 17. Seyxan Fərəcov 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 8. Xuan Hernandes 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov
09:33
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının ikinci turunda “İmişli”ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.
Görüşün baş hakimi Əli Əliyev olacaq. Ona yan xətt hakimləri Pərvin Talıbov və Kərim Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.
Matçın VAR hakimi Kamranbəy Rəhimov, AVAR hakimi isə Akif Əmirəli olacaq. Hakim-inspektor vəzifəsi Zöhrab Qədiyevə həvalə edilib. AFFA nümayəndəsi Kifayət Mustafayeva olacaq.
