Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (beş qızıl, iki gümüş, altı bürünc) qazanan Azərbaycan komandası tarixində növbəti parlaq səhifə yazıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov özünün “X” hesabında bildirib.
Our team has written another brilliant chapter in history by winning 13 medals (5 gold, 2 silver, and 6 bronze) at the #EuropeanWrestlingChampionships held in Albania's capital, Tirana:
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 27, 2026
🥇 Hasrat Jafarov, Gurban Gurbanov, Islam Bazarganov, Ali Tcokaev, Giorgi Meshvildishvili;
🥈… pic.twitter.com/KTUJbkBsJt
“Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (beş qızıl, iki gümüş, altı bürünc) qazanan komandamız tarixində növbəti parlaq səhifə yazdı. Bu nəticə ilə həm yunan-Roma, həm də sərbəst güləş millimiz Avropa çempionu oldu. Sərbəst güləşçilərimiz isə medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram”, - deyə qurumun rəhbəri vurğulayıb.
