Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma güləşi millisini təbrik edib.
İdman.Biz xəbər verir ki, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabı vasitəsilə paylaşım edib.
O, güləşçilərin hər birinə təbrik ünvanlayıb:
“Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram”.
Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 5 medal qazanıblar. Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Biz Avropanın ən güclüsüyük!#Albaniya-nın paytaxtı Tiranada keçirilən #Avropaçempionatı-nda yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır.
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 23, 2026
Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix… pic.twitter.com/wWVwgeKNsg
