Məhəmməd Bəna: “Gələcəkdə daha yaxşı nəticələr göstərəcəyik” - İDMAN.BİZ ALBANİYADAN

23 Aprel 2026 09:25
172
Məhəmməd Bəna: “Gələcəkdə daha yaxşı nəticələr göstərəcəyik” - İDMAN.BİZ ALBANİYADAN

Azərbaycanın Tiranada keçirilən güləş üzrə Avropa çempionatında komanda hesabında birinci yeri tutması – məşqçilər və federasiya da daxil olmaqla hər kəsin böyük və asan olmayan əməyinin nəticəsidir.

İdman.Biz xəbər verir ki, bunu Albaniyadan Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin baş məşqçisi Məhəmməd Bəna deyib.

“Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Komandamız çempion oldu və biz bu nəticəni gözləyirdik. İnşallah, gələcəkdə həm yunan-Roma, həm də sərbəst güləşdə nəticələrimiz daha da yaxşı olacaq”, – deyə o bildirib.

Bəna fərdi yarışların nəticələrindən də razı qaldığını əlavə edib:

"Mən hər bir idmançıdan razıyam. Deyirlər ki, güləş fərdi idman növüdür, amma bu belə deyil: çempion komanda olur. Biz üç bürünc və iki qızıl medal qazandıq. Lakin digər idmançılar da komandaya xal qazandırmasaydı, bu nəticəyə nail ola bilməzdik".

İdman.Biz