Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, Günay Qurbanova (59 kq) görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
