Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci yeri tutub.
İdman.Biz xəbər verir ki, qitə birinciliyinin yekununa əsasən, yığma komandamızın aktivində 133 xal olub. Türkiyə 121 xalla ikinci, Gürcüstan isə 118 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan güləşçiləri yarışda ümumilikdə 5 medal - 2 qızıl və 3 bürünc qazanıblar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu adını qazanıblar.
Bürünc mükafatlara isə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) sahib çıxıblar.
