İslam Abbasov: “Bürünc medal uğrunda görüş finaldan daha stresslidir” - VİDEO

22 Aprel 2026 02:01
264
İslam Abbasov: “Bürünc medal uğrunda görüş finaldan daha stresslidir” - VİDEO

“Üçüncü və beşinci yerlər uğrunda qarşılaşma elədir ki, ya medalın olacaq, ya da yox. Final zamanı isə bilirsən ki, uduzsan belə, medalsız qalmayacaqsan. Buna görə də bürünc medal uğrunda görüş finala nisbətən daha stressli keçir”.

Bu sözləri İdman.Biz-in Albaniyaya ezam olunmuş əməkdaşına Avropa çempionatında fəxri kürsünün üçüncü pilləsinə qalxan İslam Abbasov deyib.

Təcrübəli güləşçi hazırlıq prosesinin hədər getmədiyini və növbəti yarışlarda da uğurlu çıxış etməyi hədəflədiklərini bildirib:

“Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı, müəyyən nəticə əldə etdik. Çalışacağıq ki, digər beynəlxalq turnirlərə, o cümlədən dünya çempionatına ən yüksək səviyyədə hazırlaşaq və orada da medal qazanaq”.

İdman.Biz