Albaniyanın Tirana şəhərində keçirilən güləş üzrə Avropa çempionatında qadınların yarışına start verilir. Turnirin püşkatma mərasimindən sonra Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, qadın güləşi üzrə millimiz turnirə beş idmançı ilə qatılıb. Püşkə əsasən, pəhləvanlarımızın qarşılaşacağı rəqiblər və mərhələlər aşağıdakı kimidir:
Qadın güləşi üzrə püşkatmanın nəticələri:
50 kq: Elnurə Məmmədova təsnifat mərhələsində Aqata Qoluçovska (Polşa) ilə üz-üzə gələcək.
57 kq: Jalə Əliyeva təsnifatda Amori Andrix (Almaniya) ilə güləşəcək.
59 kq: Günay Qurbanova yarışa 1/4 finaldan başlayacaq və rəqibi Elena Brügger (Almaniya) olacaq.
62 kq: Ruzanna Məmmədova təsnifat mərhələsində İlona Prokopevniuk (Ukrayna) ilə qarşılaşacaq.
65 kq: Birgül Soltanova 1/4 final mərhələsində Krişta İnçe (Rumıniya) ilə qüvvəsini sınayacaq.
