“Mançester Yunayted”in baş məşqçisi: “Bu, Ferqyusonun da başına gəlib”

Xəbərlər
20 Sentyabr 2025 21:52
45
“Mançester Yunayted”in baş məşqçisi: “Bu, Ferqyusonun da başına gəlib”

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın hazırkı uğursuzluqlarına baxmayaraq, klubdakı işi üçün sona qədər mübarizə aparmaq niyyətində olduğunu bildirib.

İdman.biz bildirir ki, hazırda “Mançester Yunayted” 4 oyundan sonar 4 xalla Premyer Liqada 14-cü yerdədir.

"Başa düşürəm ki, qalib gələ bilmiriksə, insanlar məni istefaya çağırırlar. Amma buna qərar vermək mənim yox, rəhbərliyin işidir. Arzumdan ötrü, bu klubu çalışdırmaq üçün var gücümlə mübarizə aparacağam.

Bilirsiniz, heç vaxt bilmək olmur. Ser Aleks Ferqyuson ilə də belə olub: bir matç hər şeyi dəyişib. Buna görə də, növbəti oyunun hər şeyi dəyişəcək oyun olduğuna əmin olmaq üçün hər gün mübarizə aparıram. Bu mənim işimdir. Zamanı gələndə qərar mənim olmayacaq, ona görə də narahat deyiləm. Məndə hər şey yaxşı olacaq. Hər gün döyüşəcəm, çünki bu mənim arzumdur. Çalışdırmaq istədiyim yeganə klub budur və sona qədər mübarizə aparacağam. Son gələndə əlimdən heç nə gəlməyəcək.

Rəhbərliyin etimadını və azarkeşlərin dəstəyini hətta onlar məyus olanda aə hiss edirəm. Onlar bilirlər: "Mançester Yunayted"in baş məşqçisi olaraq qalmaq üçün hər şeyi edəcəyəm. Mənim işim nə qədər oyunum qaldığımı düşünmək deyil. Mənim yalnız 45 dəqiqəm qalsa belə, işimi və arzumu qorumaq üçün bütün gücümlə ondan yapışacağam. Və bunu etməyə davam edəcəyəm", - Amorim klubun televiziyasına müsahibəsində deyib.

İdman.biz