Flik PSJ və “Real”la oyunlar öncəsi heyətdə ciddi dəyişikliklərə hazırlaşır

17 Oktyabr 2026 07:43
102
Flik PSJ və “Real”la oyunlar öncəsi heyətdə ciddi dəyişikliklərə hazırlaşır

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbol üzrə La Liqanın doqquzuncu turunda “Betis”ə qarşı keçiriləcək səfər oyununda heyətdə rotasiya etməyi planlaşdırır.

İdman.Biz "Sport" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oktyabrın 20-də PSJ və 25-də Madrid “Real”ı ilə baş tutacaq mühüm qarşılaşmalar öncəsi bir sıra futbolçularını qorumaq niyyətindədir.

Kataloniya təmsilçisinin start heyətində bir neçə mövqedə dəyişiklik gözlənilir. Müdafiənin sağ cinahında Jül Kunde, sol cinahında isə Xavi Espart ilk dəqiqələrdən meydana çıxa bilər.

Hücum xəttində də dəyişikliklər istisna edilmir. Kərim Adeyeminin Entoni Qordonun əvəzinə start heyətində yer alacağı ehtimal olunur. Bundan başqa, Qabriel Jezus da ilk on birliyə düşə bilər.

Beləliklə, Flik sıx oyun təqvimini və qarşıdakı prinsipial görüşləri nəzərə alaraq futbolçular arasında yükü bölüşdürməyi düşünür.

Qeyd edək ki, “Betis” - “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman.Biz