FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

17 Oktyabr 2026 11:49
127
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, həmçinin Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Layihə çərçivəsində turnirin rəsmi emblemi və brend elementləri hər iki məkanda xüsusi vizual effektlərlə təqdim olunub.

Qeyd edək ki, 2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər.

İdman.Biz