Quti Zidanın 3-cü dəfə “Real”a gəlməsini istəyir

Xəbərlər
23 Noyabr 2023 18:14
222
Quti Zidanın 3-cü dəfə “Real”a gəlməsini istəyir

"Mourinyo baş məşqçi olanda matçlara baxmaqdan sıxılırdım. Bu, reallıqdır”.

İdman.biz xəbər verir ki, bunu “Real”ın sabiq futbolçusu Quti deyib.

İspaniyalı bildirib ki, “Kral klubu”nun baş məşqçi postunda yenidən Zinəddin Zidanı görmək istəyir: “Mourinyo “Real”a lazım olan məşqçi deyil. Zidan niyə üçüncü dəfə gəlməsin? Elə məşqçilər var ki, mükəmməl olduqları üçün bu klubda uzun müddət çalışa bilərlər”.

Qeyd edək ki Zidan 2016-18 və 2019-2021-ci illərdə “Real”ı çalışdırıb.

İdman.biz