"Arsenal"dan ayrılan futbolçuya ciddi ittiham

Xəbərlər
4 İyul 2025 18:41
39
"Arsenal"dan ayrılan futbolçuya ciddi ittiham

"Arsenal"la yollarını ayıran Tomas Parti cinsi zorakılıqda günahlandırılır.

İdman.biz xəbər verir ki, bu barədə Britaniya Prokurorluq Xidmətindən (CPS) açıqlama yayılıb.

Məlumatda 2021-2022-ci illərdə üç qadının Partini 5 zorlama hadisəsində günahlandırdığı vurğulanıb. Açıqlamada baş verən zoraki hadisələrin prokurorlar tərəfindən ciddi araşdırıldığı bildirilib: "Prokurorluq Xidməti geniş sübutlar paketini diqqətlə nəzərdən keçirdikdən sonra Tomas Partinin çoxsaylı zorlama faktları üzrə mühakimə olunmasına qərar verib. İstintaq, sübutları nəzərdən keçirilməsi və müvafiq ittihamlar irəli sürülməsi polisilə birlikdə prokurorlarımız tərəfindən aparılıb. Cinayət işi davam edir və təqsirləndirilən şəxsin ədalətli mühakimə olunmaq hüququ var".

Qeyd edək ki, 2025-ci ildən London klubunda çıxış edən qanalı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

İdman.biz