“Barselona” Lo Çelsonu hədəfə alıb

Xəbərlər
20 Noyabr 2023 22:41
“Barselona” Lo Çelsonu hədəfə alıb

“Barselona” və İspaniya yığmasının üzvü Qavi mövsümün sonunandək sıradan çıxıb.

İdman.biz xəbər verir ki, kataloniyalılar onun yerinə Covanni Lo Çelsonu heyətə cəlb etmək istəyir.

“Barselona” qışda argentinalı futbolçunu icarəyə götürə bilər. Əgər klubun maliyyə vəziyyəti yaxşı olarsa, Lo Çelsonun transferi də mümkündür. “Tottenhem”in heyətində cəmi 4 oyunda meydana çıxan argentinalı bu təklifi müsbət qarşılayıb.

Qeyd edək ki, Covannin London klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

İdman.biz