“Napoli” yanvarda dörd futbolçu transfer etmək istəyir

30 Sentyabr 2026 18:55
80
“Napoli” yanvarda dörd futbolçu transfer etmək istəyir

“Napoli” qış transfer pəncərəsi üçün heyətinə cəlb etmək istədiyi dörd futbolçunun adını müəyyənləşdirib.

İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya təmsilçisinin transfer siyahısında Asane Sou, Mamadu Koulibaly, Sebastian Şimanski və Dodo yer alıb.

“Napoli”nin gözləntilərini doğrultmayan Noa Lang ilə yanvarda yollarını ayırmağı planlaşdırdığı bildirilir. Klub sol cinahı gücləndirmək üçün “Bazel”də çıxış edən Sou-u mümkün əvəzləyici kimi nəzərdən keçirir.

Sağ cinah üçün isə Sebastian Şimanski əsas namizədlərdən biridir. 27 yaşlı polşalı futbolçu bu mövsüm “Renn”in heyətində bir qol vurub və bir məhsuldar ötürmə edib.

“Monako”nun yarımmüdafiəçisi Mamadu Koulibali də neapolluların diqqətindədir.

Klub sağ cinah müdafiəçisi mövqeyində dərinlik yaratmaq üçün “Fiorentina”nın futbolçusu Dodo variantını da nəzərdən keçirir. Braziliyalı müdafiəçinin klubla müqaviləsi gələn yay başa çatır.

İdman.Biz