Argentinalı futbolçu "Real"da

Xəbərlər
11 İyun 2025 20:07
38
Argentinalı futbolçu "Real"da

Tibbi müayinədən keçən Franko Mastantuono "Real"la müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, argentinalı futbolçu ilə razılaşma 2031-ci ilədək nəzərdə tutulub.

Franko klublararası dünya çempionatına hazırki komandası "River Pleyt"in heyətində yollanacaq. Mastantuono Madrid klubuna 18 yaşını tamamladıqdan sonra avqustun 15-də yollanacaq.

Qeyd edək ki, "Real" bu transferə 45 milyon avro xərcləyib.

İdman.biz