"Beşiktaş"ın ingilis futbolçusu üçün mövsüm bitib

Xəbərlər
13 May 2025 21:32
49
"Beşiktaş"ın ingilis futbolçusu üçün mövsüm bitib

"Beşiktaş"ın futbolçusu Aleks Oksleyd-Çemberleyn üçün mövsüm bitib.

İdman.biz xəbər verir ki, ingilis futbolçu Türkiyə Super Liqasının son turunda zədələnib.

"Adana Dəmirspor"la (4:1) qarşılıaşmanın əvvəlində əvəzlənən 31 yaşlı yarımmüdafiəçiyə bu gün diaqnoz qoyulub. Aleksin mövsümün sonuna kimi meydana çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, Oksleyd-Çemberleyn bu mövsümdə "Beşiktaş"ın heyətində 20 görüşdə meydana çıxıb və 1 qolla yadda qalıb.

İdman.biz